Bazar ertəsi, 06 May

Paşinyan Ərdoğanla mümkün görüşü haqda: "Buna hazırıq..."

image

Türkiyə-Ermənistan arasında müşahidə edilən yumşalma xətti konteksində Nikol Paşinyanın bəyanatı diqqətçəkici olub.

Xəbər verilir ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşünün detalını paylaşıb.

Ərdoğanla görüşlə bağlı razılaşma olmadığını dilə gətirən Paşinyan bildirib ki, əgər xüsusi nümayəndələr arasında görüşlər uğurlu keçə və məsələ o nəqtəyə qədər gələrsə, ən yüksək səviyyədə görüşlər də prosesi təqib edər.

Prosesin uğurlu olması halında görüşün reallaşacağının altını cızan Paşinyan əlavə edib ki, xüsusi nümayəndələr arasında baş tutacaq görüşün tarixi hələlik dəqiqləşməyib:

"Bu mərhələ bir, iki və ya üç görüşlə həll edilməyəcək. Daha uzun sürəcək və kimsə böyük gözləntilərə qapılmamalıdır. Bəzi tarixi məsələlər var, ancaq həmin məsələ bu yaxınlaşma üçün ön şərt deyil. Ermənistan tərəfi istisnasız olaraq ön şərt qoymadan Türkiyə ilə əlaqələrin normallaşmasına hazırdır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15